Türkiyə və Səudiyyə Ərəbistanı Suriyada Bəşər Əsəd rejimini devirmək üçün hərbi ittifaq qurmağa hazırlaşır.
Axar.az xəbər verir ki, bu sensasiyalı iddia ilə ABŞ-ın “Huffinqton Post” saytı yazıb. Məlumata görə, iki ölkə məsələ ilə bağlı danışıqlar aparır. Danışıqlarda vasitəçiliyi isə Qətər icra edir.
Əgər razılıq əldə olunarsa, Türkiyə qurudan, Səudiyyə Ərəbistanı isə havadan hücuma keçəcək.
Məlumata görə, fevralda Vaşinqtona səfər edən Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani görüşlərlə bağlı ABŞ Prezidenti Barak Obamanı da xəbərdar edib.