Bu gün Rusiyada sosial şəbəkələrdə yayılan məktəblilərin rəqsi geniş mübahisələr açıb.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Orenburqdakı rəqs məktəbində şagirdlərin hazırladığı şou "Vinni Pux və arı balaları" adlanır.
Azyaşlıların müğənni Mayli Sayrusun MTV mükafatlandırmasındakı geyimləri ilə rəqs etməsi və qeyri-etik hərəkətləri istifadəçilərin qəzəbinə səbəb olub. Onlar bu hərəkətlərin 12 yaşlı qız üçün uyğun olmadığını bildiriblər.