Rusiyanın İrana silah yasağını ləğv etməsinin - Səbəbi

13-04-2015, 20:46   
Rusiyanın İrana silah yasağını ləğv etməsinin - Səbəbi
Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrana qarşı silah yasağının aradan qaldırılması ilə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, Lavrov "S300" raket sistemlərinin İrana satışının bərpa olunmasını nüvə danışıqları ilə əlaqələndirib.

XİN rəhbəri bildirib ki, Tehranla "5+1" dövlətlərinin nüvə danışıqları ilə bağlı razılıq əldə etməsi Moskvanın bu addımı atmağına səbəb olub:

"Aprelin 2-də Lozannada İranla danışıqların növbəti raundunda əhəmiyyətli irəliləyiş əldə edildi. Biz əminik ki, bu mərhələdə bu cür embarqoya ehtiyac yoxdur".

Qeyd edək ki, Rusiya 2007-ci ildə İrana 800 milyon dollar dəyərində “C-300” raket sistemlərinin göndərilməsi haqqında müqaviləyə qol çəksə də, 2010-cu il sanksiyalarından sonra Moskva bu sistemləri İrana verməkdən imtina etmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar