Baş anestezioloq: “Hər iki şəxsi həkimlər öldürüb”

13-04-2015, 21:12   
Baş anestezioloq: “Hər iki şəxsi həkimlər öldürüb”
“İstər “Astoriya” klinikasında İlahə Musazadənin, istərsə də “StarMed” klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Leyla Mürsəlovanın ölümü sırf anestezioloji ölümdür”.

Bunu “Trend”ə Səhiyyə Nazirliyinin (SN) baş anestezioloq-reanimatoloqu, Sertifikasıya Şurasının İxtisas Komissiyasının sədri, əməkdar həkim Aydın Qədirov deyib. İ.Musazadə və L.Mürsəlovanın ölümünün səbəblərinin araşdırılması üçün xəstəlik tarixləri və sənədlərinin hələlik SN-nin müvafıq komissiyasına təqdim edilmədiyini deyən baş anestezioloq bildirib ki, hər iki əməliyyatla bağlı məsələdə xəstələrin narkozdan ölməsi birmənalı səhvdir:

“Xəstə narkozdan ölməməlidir. Çünki indi köhnə vaxtlarda olduğu kimi deyil. İndiki aspektdə anestezioloq həm də reanimatoloq kimi addım atmalıdır. Nəinki öz ayağı ilə gələni, hətta ağır vəziyyətdə olanı da sağaldıb geri verməlisən. Mənim təcrübəm, müşahidələrim onu göstərir ki, həmişə anestezioloqlara diktə edirlər ki, bu narkozu ver. Anestezioloqlar heç vaxt heç kimə imkan verməsinlər ki, onların işinə müdaxilə etsinlər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar