"Norman dördlüyü"nün Berlində görüşü başlayıb.
Axar.az xəbər verir ki, görüş Ukrayna, Almaniya, Fransa və Rusiya XİN rəhbərləri arasında keçirilir.
Almaniya Xarici İşlər naziri Valter Ştaynmayer danışıqların başlanğıcında Minsk razılaşmasının yalnız atəşkəsin təmin edilməsinə deyil, ümumilikdə siyasi qərarların verilməsinə gətirib çıxaracağını bildirib. Ştaynmayer həmçinin Ukraynanın şərqində bələdiyyə seçkilərinin keçirilməsini təmin etməklə yanaşı, təhlükəsizlik üçün zəmanət verməyin lazım olduğunu qeyd edib.
Qeyd edək ki, tərəflər Minsk razılaşmasının reallaşdırılmasını müzakirə edəcəklər.