Rusiya Federasiyası və Türkiyə beynəlxalq parlament təşkilatlarında oxşar mövqelərə malikdir.
ANS PRESS xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirib.
O, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşdə deyib: "Rusiya bu meydanda, həmçinin ATƏT-in Parlament Assambleyasında, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində, Asiya Parlament Məclisində Türkiyə ilə əməkdaşlığının sonrakı koordinasiyasında maraqlıdır."
S.Narışkin vurğulayıb ki, bütün məsələlər, o cümlədən problemlərin əksəriyyəti beynəlxalq parlament təşkilatları çərçivəsində müzakirə edilir. Rusiya və Türkiyə nümayəndə heyətləri daim oxşar və ya tamamilə uyğun gələn mövqelərə sahibdir.
Dövlət Dumasının sədri söyləyib: "Rusiya AŞPA ilə münasibətlərin bərpasında Türkiyə ilə əməkdaşlıq etmək istəyir. Bu köməyə ehtiyac duyulur. Çünki bu təşkilat Rusiya nümayəndə heyətini verilmiş səlahiyyətlərdən bir il əvvəl məhrum edib. Buna etiraz əlaməti olaraq Rusiya AŞPA-nı tərk etdi."
Mənbə
ANS PRESS