Pentaqon: İŞİD gəlir! - Foto

14-04-2015, 19:53   

ABŞ Müdafiə Nazirliyi İŞİD terror təşkilatının 2014-cü ilin avqustundan bəri İraqda nəzarət etdiyi ərazilərin 30 faizini itirdiyini açıqlayıb.

Axar.az Rudav-a istinadən xəbər verir ki, Pentaqon sözçüsü, polkovnik Stiv Varren təşkil etdiyi brifinqdə İraqda zəifləyən İŞİD-in Suriyada gücləndiyini bildirib:

“İŞİD İraqda 13-15 min kv/km ərazi itirib. Koalisiya qüvvələri və İraq ordusu terrorçuların güclənməsinin qarşısını alır. Amma Suriyada vəziyyət başqadır. Hətta terrorçular paytaxt Dəməşq və Hums yaxınlığında bəzi bölgələri işğal edib”.

Bu arada Pentaqon sözçüsü Con Moore koalisiya qüvvələrinin təşkil etdiyi hava hücumlarının sayını açıqlayıb. ABŞ kapitanının sözlərinə görə, 2014-cü ilin avqustundan bu günə kimi İraq və Suriyada 3244 hava hücumu təşkil olunub. Bu hücumların 1310-u ABŞ tərəfindən, 569-u isə (1879) koalisiya qüvvələri tərəfindən İraqda, 1270-i ABŞ və 95-i (1365) koalisiya qüvvələri tərəfindən olmaqla Suriyada reallaşıb.

ABŞ-ın hərbi səlahiyyətlisi ölkəsinin əməliyyatlara hər gün 8,5 milyon dollar xərclədiyini deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar