Deputat qondarma erməni soyqırımı gününə toy təyin etdi

15-04-2015, 10:01   
Deputat qondarma erməni soyqırımı gününə toy təyin etdi
Milli Dirçəliş Hərakatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin oğlunun toyu olacaq. “Qafqazinfo” xəbər verir ki, deputat oğlu Nikbin Quliyevin toy mərasimini 24 aprel- ermənilərin qondarma soyqırımı gününə salıb.

“Xudafərin” şadlıq sarayında keçiriləcək toya deputatlar, ictimai siyasi xadimlər dəvət olunub.

Millət vəkili Fərəc Quliyev bildirib ki, toy günü üçün 24 aprel tarixini seçməsi təsadüfi deyil: “Mən bu tarixi bilərəkdən seçmişəm. Toy dəvətnamələrinin də üzərinə yazdırmışam ki, "düşmənlərimiz nə qədər zəif düşsə, biz həmin günləri qeyd etməliyik". Hər məsələyə siyasi ritorika verməyi bacarmalıyıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar