DİN-in baş idarəsi azərbaycanlıları fahişəliyə sürükləyənlər haqda açıqlama yaydı

15-04-2015, 10:03   
DİN-in baş idarəsi azərbaycanlıları fahişəliyə sürükləyənlər haqda açıqlama yaydı
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi məlumat yayıb.

Virtualaz.org idarənin saytına istinadən bildirir ki, aprelin 3-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları - 1975-ci il təvəllüdlü Bakı şəhər sakinləri Anufriyeva Kəmalə Bülbül qızı və 1994-cü il təvəllüdlü Bəhərçinova Aysel Bəhram qızının bir qrup şəxslə cinayət əlaqəsinə girməsi və cinsi istismar məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının İzmir şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar