Avropa Parlamentindən xain qərar - “erməni soyqırımı” tanındı

15-04-2015, 22:02   
Avropa Parlamentindən xain qərar - “erməni soyqırımı” tanındı
Avropa Birliyinə daxil olan ölkələr 24 apreli “erməni soyqırımı”günü kimi qeyd edəcək; Türkiyəyə də müraciət olundu: “Sən də tanı!”

Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsilə bağlı sənədi qəbul edib. BBC xəbər verir ki, parlament müzakirələrini Xarici İşlər Komitəsinin sədri Elmar Brok açıb:“Həmin dönəmdə 1 milyondan çox erməni həyatını itirib. Biz onları unutmamalıyıq. O insanların öldürüldüyünü unutmamalıyıq. Bu, bir soyqırımdır”.


Avropa Xalqları Partiyasının (European People's Party) Rumıniyalı deputatı Preda Cristian Dan da çıxışında Türkiyınin "soyqırımı qəbul etməsinin erməni və türk xalqları arasında uzlaşmanın" təmin olunması üçün vacib olduğunu deyib.

Avropalı Mühafizəkarlar və İslahatçılar qrupundan Belçikalı Mark Demesmaeker də parlamentarları gündəlikdəki məsələsinin lehinə səs verməyə çağırıb: "Bu, türk xalqına, ya da Türkiyə liderlərinə qarşı deyildir. Sadəcə tarixi doğru tanımağa yönəlik addımdır”.

Oturumda söz alan portuqaliyalı xristian-emokrat Paulo Rangel prezident Rəcəp Tayyip Ərdoğanın Papa Françesco haqqında dediklərini də tənqid edib: "Papaya xaç atası kimi müraciət edə bilməzsiniz".

Çıxışlardan sonra sənəd müzakirəyə çıxarılıb və səsçoxluğu ilə qəbul edilib.

Qərar Türkiyədə bomba effekti verib. Sərt və kəskin təpkilər var. Prezident Ərdoğan qərarın qəbuluna saatlar qala demişdi ki, AP nə qərar versə, bizim bir qulağımızdan girər, digərindən çıxar.

Türkiyə xarici işlər nazirliyi AP-nin bu qərarına kəskin reaksiya verib. Orada bildirilir ki, Avropa Parlamenti xətaya yol verib: "Avropa Parlamenti qəbul etdiyi bu qərarla, bir zamanlar da beynəlxalq hüquqa zidd olaraq və səlahiyyət hədiini aşaraq həyata keçirtdiyi xətanı təkrarlaylb".

Xatırladaq ki, martın 12-də Avropa Parlamentinin qəbul elədiyi ənənəvi “Dünyada insan haqları və demokratiya” adlı illik sənəddə Avropa Birliyi ölkələrinə (onların əksəriyyəti bu addımı atmayıb – red.) saxta soyqırımı tanımaq çağırışı yer alıb.

Avropa Parlamentinin özü isə saxta “genosidi” hələ 1987-ci ildə, Fransanın təşəbbüsü ilə tanıyıb. Bu gün sadəcə, bir daha bu məsələ ilə bağlı qurum öz mövqeyini ortaya qoydu, daha da irəli gedib, 24 apreli "genosid günü" kimi rəsmiləşdirdi.

Aygün Muradxanlı, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar