Türkiyədə dollar kəskin bahalaşaraq daha bir rekord vurub.
ANS PRESS-in məlumatına görə, Mərkəzin Bankın asçıqlamasında bildirlir ki, 1 ABŞ dolları 2,7306 lirə təşkil edib.
Türkiyədə dolların daha da bahalaşacağı bildirilir.
Qeyd edək ki, ABŞ-ın iyun ayında faizləri artırmaq istəyi dolların dəyərinin artımına gətirib çıxarır. Bundan əvvəl 1 dollar 2.6707 lirəlik rekord səviyyəyə yüksəlmişdi.
Dünya birjalarında bahalaşan dollar 13 mart tarixindən bu yana (2.6488 lirə) ən yüksək göstəriciyə çatmışdı.
Mənbə
ANS PRESS