Bakıda güllələnmə hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, namalum şəxs Şüvəlan sakini Hüseynov Bəxtiyar Yaşar oğlunu ayağından güllələyib.
Hadisəni törədən şəxs qaçıb. Xəstəxanaya çatdırılan 37 yaşlı Hüseynov Bəxtiyar əməliyyat olunaraq reanimasiyaya yerləşdirilib.
Faktla bağlı Xəzər polisi araşdırma aparır və hadisəni törədən şəxsin axtarışlarına başlanıb.