Çexiya vətəndaşı Vit Yedliçka Xorvatiyanın Zmeyavets və Serbiyanın Başqi Monoştor şəhərləri arasında, Tuna çayının qərb sahilindəki yeddi kvadrat kilometrlik neytral bölgədə Liberland adında dövlət qurduğunu elan edib.
Axar.az xəbər verir ki, o, “Liberland.org” saytı vasitəsilə yeni qurduğu dövlətin vətəndaşlığına keçmək istəyənlərin müraciətlərini qəbul edir.
Saytda yer alan məlumatlara görə, bayrağı və gerbi olan dövlətin tam adı isə Azad Liberland Respublikasıdır. Vit Yedliçka dövlətin prezidenti, rəsmi dil isə çex dilidir.
Vit Yedliçka Liberlandı Monako, Honkonq və Lixtenşteyn kimi ölkələrdən ilham alaraq qurduğunu açıqlayıb. Dövlət rəsmi şəkildə 13 apreldə qurulub. Hazırda Liberlandda neçə adamın yaşadığı bilinmir.