ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev Xoşqədəm Hidayətqızının gəlişinin telekanal daxilində narazılıq yaratmasıyla bağlı xəbərə sərt reaksiya verib.
Ölkə.az-ın əməkdaşının sualını M.Ağayev söyüşlə cavablandırıb.
Telekanaldakı mənbə bildiribmiş ki, Xoşqədəm Hidayətqızının ATV-dən qalmaqallı şəkildə ayrılıb ANS-ə keçməsi vitse-prezident Seyfulla Mustafayevlə qardaşı Vahid Mustafayev arasında anlaşılmazlıq yaradıb. V.Mustafayev böyük qardaşının bu iradına qarşı çıxıb, Xoşqədəm Hidayətqızını dəstəkləyib.
Mirşahin Ağayev bu barədə sualı belə cavablandırıb: “Onu yayan adamın var-yoxunu, anasını və bacısını… Bax, elə belə də yazın”.