Robotlar tezliklə aşpazları əvəz edəcək. Belə ki, Böyük Britaniyanın “Moley Robotics” şirkəti hazırladığı aşpaz-robotu 2017-ci ildə satışa çıxarmağı planlaşdırır.
İki mexanikləşdirilmiş əl və prosessordan ibarət robot resept videolarını öyrənərək onları eynilə təkrarlamaq bacarığına malikdir.
Ultrafuturistik səslənsə də aşpaz-robot ən xırda detallaradək düşünülüb və artıq Hannoverdə (Almaniya) təqdim olunub.
Təsəvvür edin, siz reseptin videosunu smartfonunuz vasitəsilə robota göndərirsiniz, o isə videonu analiz edərək aşpazın hərəkətlərini eynilə təkrar edərək yeməyi hazırlayır. Ona görə resept videolarındakı aşpazlar öz işinin ustası olmalıdır.
Robot hələ ki, yalnız Tim Andersonun 2011-ci ildə yazdığı yemək kitabının reseptləri əsasında yemək hazırlaya bilir. Amma aşpaz-robot həm yemək hazırlayacaq, həm qabları yuyacaq, həm də arxasınca yığışdıracaq.
Robotun ilkin qiyməti çox yüksək olacaq. Lakin istehsalçılar ilbəil qiyməti aşağı salacaqlarına söz verir.
Tim Anderson bu robotu mətbəxin gələcəyi adlandırır. Onun sözlərinə görə, yaxın zamanda robotlar mətbəxdə də insanları əvəz edəcək. Bununla onların özlərinə və yaxınlarına ayırmaq üçün daha çox asudə vaxtları qalacaq.
[media=https://www.youtube.com/watch?v=j1aeBnXNNL4]