Ukrayanın Volın vilayət şurasının Lutsk rayonundan olan deputatı poçt maşınından pul oğurlamaqda təqsirli bilinir. Modern.az Ukrayan mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı deputat 39 yaşlı cinayət ortağı ilə birlikdə küçədə dayanmış poçt maşının şüşələrini qıraraq oradan içərisində 130 min qrivna pul olan 4 yeşik oğurlayıb.
Oğrular ərazidən çox da uzaqlaşmayaraq yeşiklərin içərisindəki pulları saymağa başlayıblar. Bu zaman maşına yaxınlaşan poçtalyonlar onların izinə düşərək birini yaxalayıb.
Təqibdən yaxasını qurtaya bilən deputat isə növbəti gün Lutsk rayonu polisinə könüllü təsil olub. Volın vilaytəinin deputatı barədə “qarət” maddəsi ilə cinayət işi açılıb.
Vüqar İsmayılov