New Energy Finance (BNEF) Analitik Şirkəti-Bloomberg dünya bazarında neftin ucuzlaşmasından sonra itirilən və qazanılan vəsaitin həcmini açıqlayıb.
ANS PRESS xəbər verir ki, BNEF ötən ilin iyun ayından bəri neftin qiymətinin 2 dəfə düşməsindən sonra hansı ölkənin qazandığını, hansı ölkələrin itki ilə üzləşdiyiniı aydınlaşdırıb.
Məlumata görə, ABŞ, Avropa və Asiya ölkələri neftin satışından 900 milyard dollar gəlir əldə edib. Amma Rusiya və Yaxın Şərq ölkələri müvafiq olaraq 218 milyard və 357 milyard dollar itki ilə üzləşib.
Öz növbəsində, Avropa ölkələri 300 milyard, Asiya ölkələri 400 milyard dollar "qazanıb".
Dünya Ticarət Təşkilatının nümayəndəsi bildirib ki, neftin bir barelinin qiymətinin əvvəlki 100 dollar səviyyəsinə qayıdışı ağlasığmazdır.