Alman naşir Yurqen Todenhöfer İŞİD-lə bağlı yeni iddia ilə çıxış edib.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD lideri Əl-Bağdadinin imzaladığı toxunulmazlıq sənədi ilə bu terror qruplaşmasının düşərgələrini gəzən alman naşir Yurqen Todenhöfer İŞİD-in əsas planı ilə bağlı qorxunc bir həqiqəti açıqlayıb. O, “Stern” dərgisinə verdiyi müsahibədə İŞİD-in misli görünməmiş bir dini soyqırım həyata keçirmək niyyətində olduğunu bildirib:
“Düşməni məğlub etmək üçün onu yetərincə tanımaq lazımdır. İŞİD məhz dini soyqırım həyata keçirmək istəyir”.
Qeyd edək ki, alman naşir hər cür təhlükəyə qarşı özü ilə 4 ədəd zəhərli dərman da apardığını deyib.