Türkiyədə qadınlar arasında xokkey üzrə yarışmadan sonra qəribə və böyük səs-küyə səbəb olan hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, rəqiblərinə 15:0 hesabı ilə məğlub olan Anadolu Xokkey Klubunun baş məşqçisi oyundan sonra idmançılara görünməmiş cəza verib.
Savaş Yılmaz qadın idmançıları dəniz kənarına aparıb. Onları quma basdırıb. Daha sonra qızların üstün vəhşi itləri qısqırdıb.
Qorxudan dəliyə dönən qızların qışqırtısı ətrafı bürüyüb. Bu hadisəni mobil telefon ilə çəkən Savaş Yılmaz görüntüləri sosial şəbəkələrdə paylaşıb. Videoya isə belə şərh verib: “Bizim komandanın biabırçı hesabla məğlub olmasında günahkar olan Elif Buse ilə Sedanın gərgin anları. Onlar öldülər. Torpaqları bol olsun. Bundan da betər günə qalın. Allah bəlanızı versin”.
Bu hadisədən sonra Türkiyədə böyük qalmaqal yaranıb. Baş məşqçinin bu hərəkətinə böyük etirazlar başlayıb. Məşqçinin ünvanına söyüş və təhqirlər yağmağa başlayıb. Kütləvi etirazların yarandığını görən Savaş Yılmaz paylaşdığı videonu silib.
ANS PRESS həmin görüntüləri təqdim edir:
[media=https://www.youtube.com/watch?v=KWXytg6LSoU]