2-ci Çanaqqala savaşı və müasir səlib yürüşü

16-04-2015, 20:25   



Avropayla Türkiyə arasında bir Çanaqqala savaşı olmuşdu.
O zaman Türkiyə savaşı uddu. O zaman Türkiyənin zəfəri yeni bir Türkiyənin yaranmasına vəsilə oldu.
24 apreldə dünya erməniləri uydurma erməni genosidinin 100-cü ildönümünü qeyd edəcəklər.
24 apreldə dünya türkləri Çanaqqala savaşının 100-cü idönümünü qeyd edəcəklər.
3 gün bundan öncə katolik kilsəsinin başçısı Fransisk uydurma erməni genosidini tanıması haqqında bəyanat verdi.
Dünən Avropa Parlamenti uydurma erməni genosidini tanıması və bu genosidin Avropa Birliyi ölkələrində 24 apreldə qeyd edilməsi haqqında qərar verdi.
Roma papasının qondarma erməni soyqırımını tanıması 21-ci əsrdə yeni səlib yürüşünün başlanması deməkdir.
Katolik kilsəsi bu dəfə İslam dünyasının və Türk dünyasının ən böyük dövləti olan Türkiyəyə savaş açdı.
Əsl həqiqətdə isə bu səlib yürüşü İraqın bombalanması və darmadağın edilməsilə, Əfqanıstanın dağıdılmasıyla, Suriyanın dağıdılmasıyla, dünyada insan rifahının yüksək olduğu Liviyanın dağıdılmasıyla, Misirdə və Tunisdəki dövlət çevirilişləri ilə başlayıb.
Avropa parlamentinin qondarma erməni soyqırımını tanıması 2-ci Çanaqqala savaşının başlanğıcı deməkdir.

Müasir səlib yürüşünü necə dayandırmalı?

Bu gün müasir səlib yürüşünü dayandırmaq çox çətindir. Bu proses uzun müddət davam edəcək. İslam dünyası cəhalətdən ayılmayınca, müasir dünya düzəninə uyğun iqtisadiyyatlarını və siyasi sistemlərini qurmayınca xristian dünyası qarşısında aciz durumda qalacaq.
Səlib yürüşlərini aşağıdakı yollarıla dayandırmaq mümkündür:
İslam Əməkdaşlıq Təşkilatı islam ölkələrinin dini, iqtisadi və siyasi durumlarını təhlil etməlidir.
İslam Əməkdaşlıq Təşkilatı islam ölkələrinin dini, iqtisadi və siyasi durumlarının modernləşdirilməsi və inkişaf etdirilməsi haqqında ikitərəfli və çoxtərəfli regional və qlobal strateji əməkdaşlıq proqramları yaratmalıdır.
Neft ölkələri qara qızılı təhsilin, elmin və müasir iqtisadiyyatın yaranmasına yönəltməlidilər.

2-ci Çanaqqala savaşını necə udmalı?

2-ci Çanaqqala savaşı da uzun zaman davam edəcək.
Bu gün türk dövlətləri -Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Böyük Türk birliyini yaratmalıdılar. Bu birliyin zəruriliyi haqqında bütün türk dövlətlərinin başçıları zaman-zaman dəyərli fikirlər səsləndiriblər. Amma ciddi nəticələr yoxdur.
Türk dövlətlərinin dünyadakı diasporları öz fəaliyyətlərini koordinasiya etməlidilər.
Türk diasporalarının fəaliyyətlərinin koordinasiyası vahid qurum tərəfindən təşkil olunmalıdır.
Türk dövlətlərinin karbohidrogen ehtiyatları onların təhsilinin və elminin inkişafına, iqtisadiyyatlarının şaxələndirilməsinə yönəldilməlidir.
Türk dövlətlərinin təbii ehtiyatlarla zəngin olan Rusiya ilə, Çin və Avropa ilə iqtisadi və siyasi əlaqələri uzlaşdırılmalı və gücləndirilməlidir.
Türk dövlətləri İslam Əməkdaşlıq Təşkilatında böyük fəallıq göstərməlidilər. Özlərinin və digər islam ölkələrinin inkişafına çalışmalıdılar.
Türk dövlətləri ABŞ-la ciddi iqtisadi və siyasi əlaqələr qurmalıdılar.

Prof.Dr. Qüdrət İsaqov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar