İsrailə nüvə silahını kim verib? - 55 illik sirr açıldı

17-04-2015, 00:03   


“Qərbi Almaniya İsrailin nüvə proqramının inkişafına kömək edib”.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Velt” qəzeti yazıb.

Qəzet Qərbi Almaniyanın kansleri Konrad Adenauerlə İsrailin baş naziri olmuş Devid Ben-Qurion arasında 1960-cı ildə ABŞ-da müqavilə imzalandığını qeyd edib. Həmin müqavilənin şərtlərinə görə, Qərbi Almaniya İsrailə 500 milyon dollarlıq inkişaf krediti ayırıb.

İnkişaf krediti adı ilə verilən milyonlar İsrailin nüvə proqramına xərclənib.

İsrail rəhbərliyi isə Qərbi Almaniyadan gizli dəstək aldıqlarına dair iddiaları inkar edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar