“Erməni soyqırımı barədə səsvermə keçirilərkən parlamentdə yox idim”.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğluna zəng edən Avropa Parlamentinin prezidenti Martin Şults deyib. Şults səsvermə zamanı iclasda olmadığını, Türkiyənin bu məsələdəki yanaşmasını bildiyini və göstərilən reaksiyanı anladığını vurğulayıb.
Baş nazir Əhməd Davudoğlu isə Şultsa cavab olaraq, AP-nin qərarının Türkiyə-AB əlaqələrinə zərər verə biləcəyini və bu qərarı rədd etdiklərini bildirib.
Qeyd edək ki, Şults AP-nin qərarından qısa müddət öncə Türkiyədə səfərdə olmuşdu.