Keçmiş sevgilisi tərəfindən şantaj olunan evli qadın polisə şikayət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib.
Mərdəkan qəsəbə sakini 28 yaşlı Aynur Əliyeva (ad, soyad şərtidir) keçmiş sevgilisi tərəfindən şantaja məruz qalıb.
O bildirib ki, bu ilin martın 13-dən bəri keçmiş sevgilisi Tural Bayramov (ad, soyad şərtidir) ona dəfələrlə zəng edərək sevgili olduğu vaxt intim münasibətdə olduqlarını xatırladıb və bunu hər kəsə yayacağını deyib. Bu yolla da onun ailəsini dağıdacağını bildirib. Bunları etməmək qarşılığında isə ondan 300 manat pul tələb edib.
Bir aya yaxın davam edən bu şantajlardan sonra A.Əliyeva ( ad,soyad şərtidir) polisə müraciət edib.
Xəzər RPİ 1-ci Polis Bölməsindən “Qafqazinfo”ya bildirib ki, məsələ ilə bağlı saxlanılan yoxdur. Faktla bağlı araşdırmalar davam etdirilir.
Davud
“Qafqazinfo”