“Qəbir adi daşdan 50 sm, sinə daşı 60 sm olacaq”- RƏSMİ AÇIQLAMA

17-04-2015, 15:03   
“Qəbir adi daşdan 50 sm, sinə daşı 60 sm olacaq”- RƏSMİ AÇIQLAMA
"Azərbaycan dini missionerlik üçün məkan deyil. Biz ənənəvi İslam ölkəsiyik. Xristianlıq və digər dinlərin burada indiki dövrdə genişlənməsindən söhbət gedə bilməz. Burada bunun üçün şərait yoxdur".

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Mətbuat Şurasının təşəbbüsü ilə "Milli-mənəvi, dini dəyərlər: tarixilik, müasirlik" mövzusunda KİV rəhbərləri ilə keçirilən görüşdə deyib. O bildirib ki, belə halların qarşısı alınacaq: "Azərbaycanda xristianlığa aid kiçik təriqətləri yaymaq istəyənlərə deyirəm ki, burada sizə yer yoxdur. Eyni zamanda, İslam dininə mənsub olduqlarını iddia edərək radikalizmi yayanlara da yer yoxdur. Biz ölkəmizdə fanatizmə meylli radikal qrupların yayılmasına imkan vermirik və verməyəcəyik. Azərbaycan tolerant ölkədir. Amma bu o demək deyil ki, kim istəsə gəlib burada istədiyini edə bilər. Yehova Şahidləri, 21-ci əsrin adventistləri və digərləri burada təbliğat apara bilərlər".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yas mərasimləri ilə bağlı məsələyə də toxunub: “Yas mərasimləri ilə bağlı vip-çadırlar məsələsinə qarışa bilmərik, çünki buna başqa qurum baxır. Ancaq məzarlıqlarla bağlı qanun layihəsi hazırlanıb, hazırda Nazirlər Kabinetində baxılır”.

M. Qurbanlı bildirib ki, qanun layihəsində qəbirlərin ölçüsü, məzarlıqlarla bağlı qaydalar əksini tapıb: “Layihədə təklif edilir ki, qəbir adi daşdan, hündürlüyü 50 sm, sinəüstü daş 60 sm oldun. Qəbirlərin ara məsafələri də müəyyənləşdirilib. Layihədə pullu məzarlıqlar məsələsi yoxdur. Qəbirlər sıralanacaq, yalnız ər və arvad üçün istisnalar olacaq, yəni ərin məzarının yanında arvadın, arvadın məzarının yanında ər üçün yer saxlanıla bilər”.

Modern.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar