İnsanlar min il yaşaya biləcək...

17-04-2015, 19:32   
İnsanlar min il yaşaya biləcək...

İngilis professorun araşdırması hüceyrələrin qocalmayacağını vəd edir
Siçanlar üzərində aparılan aparılan araşdırmalar nəticə versə, insanlar min il belə yaşaya biləcək. İlk etapda isə 30 illik bir cavanlaşma planlaşdırılır. Bu bioloji inqilab adlandırılan araşdırmalar hələ tamamlanmayıb.

Tibb dünyasında yaşanan inkişaf sayəsində Gerontoloji (yaşlılıq elmi) sahəsində çalışan Aubrey de Grey bildirib ki, araşdırma nəticəsində ilk etapda 60 yaşındakı bir fərd yenilənən hüceyrə quruluşu nəticəsində 30 il eyni yaşda qalacaq.

İngilis professor De Grey bu bioloji inqilabla birlikdə “sonsuz gənclik” kəşfinin yaxında olduğunu qeyd edib. De Grey “Motherboard” saytına verdiyi müsahibədə, “Biz hüceyrələrin yaşlanması və dağılması nəticəsində reallaşan ölümlərin qarşısını alacağıq”.

Qeyd edək ki, Aubrey David Nicholas Jasper de Grey Gerontoloji sahəsində bilici, SENS Araşdırma Vəqfinin rəhbəridir. Onun tədqiqatları yaşlanma prosesinə mane olmağa yönəlib. O, insan bədənindəki yaşlanmanı dayandırmaq üçün illərdir ki, araşdırma üzərində işləyir.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.