[media=https://www.youtube.com/watch?v=ppg145iCKeQ]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfərinin son günündə maraqlı hadisə baş verib.
Axar.az xəbər verir ki, Ərdoğan Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə birgə Əhməd Yəsəvi Universitetini ziyarət edib.
Ziyarət əsnasında Atatürklə Nazarbeyevin birgə şəkillərini görən Ərdoğan qazax liderə “sizi yan-yana qoyublar” sözlərini deyib.
Ərdoğanın bu sözlərinə gülən Nazarbayev yanındakı səlahiyyətli şəxslərə “Tayyib bəyi də Atatürkün yanına qoyun”, - deyə göstəriş verib.