NATO bu ölkələri Rusiyadan aldı - Siyahı

17-04-2015, 22:57   
NATO bu ölkələri Rusiyadan aldı - Siyahı
“Polşanın maraqlarına müstəqil, amma zəif Ukrayna cavab verir”.

Axar.az “Kresy.pl” saytına istinadən xəbər verir ki, bu açıqlama ilə polyak politoloq Yanuş Korvin-Mikke çıxış edib.

Onun sözlərinə görə, Polşa ilə Rusiya arasındakı konflikt əslində düşünülmüş bir şeydir:

“Polşa Rusiya ilə konfliktə girməkdə maraqlı deyil. Polşa-Rusiya sərhədində problem yoxdur. Bizim ölkələr arasında müharibə ABŞ-ın əlinə oynamaq deməkdir. “İsgəndər” raketləri bizim sərhədlərimizdə Polşa siyasətçilərinin Rusiyanın üzərinə söz hücumundan sonra peyda oldu. Polşada isə bu zaman ABŞ hərbi texnikası ortaya çıxdı. Son 20 ildə NATO Almaniya Demokratik Respublikası, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Litva, Latviya, Estoniya, Rumıniya, Bolqarıstana yiyələnməyi bacardı. O, indi Ukraynanı da əlinə almaq istəyir. Bundan başqa Kosovanı Serbiyadan ayırıblar. Bu, Serbiyaya açıq-aşkar hücum idi. Müəmmər Qəzzafiyə hücum etdilər və indi Yaxın Şərqdə xristianların müdafiəçisi Bəşər Əsədi Rusiya ilə müttəfiq olduğuna görə devirmək istəyirlər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.