Kiprdə gərginlik: Azərbaycanlı tələbələr küçələrə çıxdı (FOTOLAR)
18-04-2015, 10:04
Şimali Kipr Türk Cümhuriyyətinin Gazimağusa liman şəhərində gərginlik yaranıb. Musavat.com xəbər verir ki, azərbaycanlı tələbələrin Rauf Denktaş Mədəniyyət və Konqresində etirazları gərginliyə səbəb olub.
Yerli vaxtla saat 20.00-da mərkəzdə Aret Vartanyan və Levent Özdilekin rol aldığı “Acı -Tatlı Aşk” teatr tamaşasının nümayişi olmalıymış. Lakin 300-ə yaxın azərbaycanlı tələbə tamaşaya etiraz edib. Onların etirazına Aret Vartanyanın erməni olması səbəb olub.
Hadisələrə polis müdaxilə edib. İki saat sonra etirazları yatırmaq mümkün olub.