Baş nazirin keçmiş müavini Abbas Abbasovla hakimiyyət arasında körpülər tamam yanıb. Azərbaycan iqtidarının onu bağışlamaq niyyəti yoxdur, əksinə ona qarşı yeni planlar var.
Bu barədə redaksiyamıza məlumat verən mənbə hakimiyyətin Abbas Abbasova qarşı planlarının bəzi təfərrüatlarını da açıqlayıb. Mənbə bildirib ki, “Azərros”a nəzarət ələ keçiriləndən sonra Abbas Abbasovun həbsi məsələsi gündəmə gəlib. Mənbənin sözlərinə görə, “Azərros”un qurultayının bir neçə gün əvvəl keçirilən yekun hissəsində ölkə başçısı Ilham Əliyevə müraciət təsadüfi deyil. Qeyd edək ki, həmin müraciətdə Ilham Əliyevdən Abbas Abbasovun cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq orqanlara göstəriş verməsi xahiş olunur.
Mənbə bildirib ki, yaxın vaxtlarda Abbas Abbasov “Istiqlal” ordenindən də məhrum ediləcək. Məlumat üçün deyək ki, baş nazirin sabiq müavini 2006-cı ildə bu ordenlə təltif olunub.
Azadliq.info