Azərbaycan iqtisadiyyatı SOS siqnalı verir!

18-04-2015, 12:11   
Azərbaycan iqtisadiyyatı SOS siqnalı verir!

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov
İxrac kəskin şəkildə azalır, idxal rəqəmləri isə qorxu doğurur. Gömrük Komitəsi 2015-ci ilin birinci rübünə dair xarici ticarətin gömrük statistikasını açıqlayıb. Verilən statistikaya görə 2015-ci ilin ilk 3 ayı ərzində ixrac əməliyyatları 2014-cü ilin müvafiq dövrünə nisbətən 37.07% azalmış, idxal əməliyyatları isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 37.66% artmışdır.
Ən betəri odur ki, bu ilin ilk 3 ayı ərzində keçən ilin anoloji dövrünə nisbətən yeyinti məhsulları idxalı 19.94 faiz artıb. Bu göstəricilərdə isə, çox pis hal odur ki, idxal məhsulları sırasında yer alan əsasən strateji əhəmiyyət kəsb edən ərzaq malları və kənd təsərrüfatı məhsullarıdır. Belə ki, keçən ilin anoloji dövrünə nisbətən dənli bitkilər idxal ı- 73.76 faiz; o cümlədən əsasən çörək və çörək məhsulları istehsalı üçün nəzərdə tutulan buğda idxalı - 68.97 faiz, unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda kleykovinası - 39.20%, ət idxalı -10.12 faiz, həmçinin əsasən kəsim üçün gətirilən diri heyvanların idxalı- 56.97%, süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları – 12,66%; o cümlədən süd - 6.20%, kərə yağı - 48.43%, yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları- 456.14%, meyvə-tərəvəz- 194.07%, müxtəlif ərzaq məhsulları idxalı -28.11faiz artmışdı.
Dünya bazarında ərzaq mallarının qiymətində artım olmadığını nəzərə alaraq, tam əminliklə qeyd etmək olar ki, idxal olunan məhsullarin dəyər ifadəsi ilə yanaşı, həm də fiziki həcmi artıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.