“Əfqanıstan və İraq müharibələri zamanı Rusiya ilə Çin hərbi imkanlarını gözlədiyimizdən daha tez inkişaf etdirdilər”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Müdafiə nazirinin köməkçisi Bob Vork çıxış edib. O, ABŞ-ın Rusiya və Çinlə ortaq olmağa çalışdığını bildirib:
“Əfqanıstan və İraq müharibələri zamanı Rusiya ilə Çin hərbi imkanlarını gözlədiyimizdən daha tez inkişaf etdirdilər. ABŞ Moskva və Pekinlə qlobal arenada ortaq olmağa çalışır. Biz onlarla savaşmaq istəmirik. ABŞ Soyuq müharibənin bitməsindən sonra Rusiyanı şəriki kimi Avropaya daxil etməyə çalışdı. Lakin Putin bizi çaşdırdı. Bizimlə tərəfdaş olmağı istəmədiyi açıq şəkildə görünür”.