Osmanlı ermənilərə qarşı həqiqətən soyqırım törədib”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyədə fəaliyyət göstərən Demokratik Bölgələr Partiyasının rəsmi nümayəndəsi Ramazan Alver çıxış edib.
Onun sözlərinə görə, üzərindən yüz il keçməsinə baxmayaraq, “soyqırım”ın ağrıları indi də cəmiyyət üzərində hiss edilir:
“O zaman bir milyon yarım erməni öz yurdundan qovuldu. Bu tam anlamı ilə bir insanlıq faciəsi olduğu kimi həm də “soyqırım”dır. Yüz il keçməsinə baxmayaraq, hələ də dövlət bunun üstünü örtməyə çalışır. Bunun xalqların qardaşlığına və gələcəyinə heç bir faydası yoxdur. Vatikanda Papanın söylədikləri “soyqırım”ı tam olaraq izah etməkdədir. Papa tarixi gerçəkliyi dilə gətirib. Ermənilər, yunanlar və kürdlər son yüz il boyunca dünya tarixi qədər böyük əzablarla üz-üzə qalıblar. Türkiyə dövlətinin öz tarixi ilə üzləşmək vaxtı çatıb”.
Qeyd edək ki, DBP kürd partiyasıdır. Əsası 2014-cü ildə qoyulub. Partiyanın əsas ideoloji xətləri sırasında kürd millətçiliyi və sosializm yer alır.