İraqın Diyalə bölgəsindəki təhlükəsizlik qüvvələri İŞİD-in bir neçə liderlərinin qadın paltarında şəhərə daxil olmasına mane olublar. Belə ki, qadın paltarları geyərək makiyaj edən İŞİD liderləri İraqın Diyalə bölgəsinə daxil olmağa cəhd edərkən tutulublar.
Bu barədə Səlahəddin vilayətinin rəsmilərindən olan Sadiq əl-Hüseyni məlumat verib. O bildirib ki, Səlahəddin vilayətinin şimal-şərqindəki Nəzarət Buraxılış Məntəqəsində (NBM) 3 İŞİD lideri qadın paltarında tutulub. O, həmçinin qeyd edib ki, tutulan terrorçu liderləri hüquq-mühafizə orqanlarına təhvil verilərkən insident yaşanıb.
İnsident baş verən zaman terrorçu liderlərin öldürüldüyü də bildirilir. (İslamazeri.az)