İki böyük ticarət mərkəzi işıqsızdır- Bakıda

19-04-2015, 13:31   

Bakının tanınmış ticarət mərkəzlərindən olan “Laçın” və “Xalqlar dostluğu” ticarət mərkəzlərində 3 gündür işıqlar yanmır.


“Qafqazinfo” xəbər verir ki,bu barədə lent.az-a “Xalqlar dostluğu” ticarət mərkəzinin satıcıları məlumat veriblər. Onların sözlərinə görə, yaxınlıqda yerləşən “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin də işıqları kəsilsə də, sonradan yandırılıb. Satıcılar işıqlar yanmadığından bir neçə gündür işləyə bilmədiklərini deyiblər.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə açıqlamasında bildirib ki, sözügedən ticarət mərkəzlərinin işıqlarının kəsilməsi “Azərişıq”la əlaqəli deyil:

“Biz nə borca, nə də yenidənqurma işlərinə görə heç bir ticarət mərkəzinin işığını kəsməmişik. Ola bilər, həmin ticarət mərkəzlərinin işıqları daxili problemlərlə əlaqəli kəsilib”.

“Qafqazinfo”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar