Ermənilərin dünyanı aldatdıqları tarix: Əslində nə baş verib?

19-04-2015, 13:44   
Ermənilərin dünyanı aldatdıqları tarix: Əslində nə baş verib?
Atatürk Universiteti Türk -Erməni Münasibətləri Araşdırma Mərkəzinin müdiri Professor Dr. Erol Kürkçüoğlu saxta "erməni soyqırımı" iddialarından danışıb.

Avropa.info xəbər verir ki, Kürkçüoğlu arxiv sənədlərində əslində ermənilərin dinc əhalini qarət etdikləri haqda faktların olduğunu və bu səbəbdən də, Ermənistanın arxiv sənədlərinin açılmasına razı olmadığını bildirib.

"Hər il aprelin 24-də hansı ölkənin qondarma soyqırımı qəbul edib etməyəcəyini düşünürük. Gündəmə Obama "soyqırım" sözünü işlədəcək yoxsa yox fikir dartışmaları gəlir. Əslində 24 aprel ermənilərin uydurduğu və dünyanı aldatdığı bir tarixdir. 24 aprel ermənilərin öz ayıblarını və cinayətlərini örtməyə çalışdıqları tarixdir."

Tarixi olayların baş verdiyi dövrün 1-ci Dünya Müharibəsi dönəminə düşdüyünü xatırladan Kürçüoğlu bunları deyib.

"O dövrdə əli silah tutanlar cəbhədə idi. Birinci Dünya Müharibəsi şəraitində Osmanlı dövləti yeddi cəbhəyə əsgər göndərmək məcburiyyətində qalmışdı. Vanda da durum beləydi. Əli silah tutan Vanlı müharibəyə getmişdi . Arxa cəbhə tamamilə müdafiəsiz qalmışdı. Qəsəbələrimiz, kəndlərimiz, şəhərlərimiz müdafiəsiz qalmışdı . Aprelin 1-i ilə aprelin 15- tarixləri arasında Vanda ermənilərin çox böyük üsyanı baş verir . Fotoları arxivdə mövcuddur, Qaya Çələbi Məscidinin yerləşdiyi sahədə 10 minə yaxın müsəlman əhali qətlə yetirilir.

Bundan sonra, aprelin 24-də Osmanlı hökuməti bu cinayətlərə qarşı inzibati tədbirlərə başlayır. Daşnak, Hınçak, Ramgavar , Veragöz kimi ermeni cəmiyyətləri bağlanaraq rəhbərləri həbs edilir. O vaxt müsəlmanlara qarşı olan qırğınlarla əlaqədar 235 Erməni lideri həbs olundu. Olanlar bütünlüklə bundan ibarətdir. Vandakı üsyanlara görə ermənilərin cəmiyyətlər bağlanmış, rəhbərlər həbs olunmuşdu. Ermənilər, hər il 24 apreldə dünyanı, öz eyiblərini, cinayətlərini örtmək üçün aldadır. Qətlə yetirilənlər müsəlman qadınlar, uşaqlar, yaşlı qocalardır.

Lakin, bütün bunlar da erməni qırğınlarını dayandırmayınca, aprelin 27-də qarətlər edən üsyançıların Suriyaya köçürülməsi ilə bağlı qərar verildi. Amma bu qərar sırf ermənilərlə bağlı deyildi. Üsyünın qarşısını almaq , əli silah tutan kişilərinin müharibədə olduğu Vanı qarətlərdən qurtarmaq məqsədi daşıyırdı."

Qeyd edək ki, Türkiyə tərəfinin arxiv sənədlərinin açılması təklifinə Ermənistan razılamır. Rəsmi İrəvan Türkiyəyə qarşı olan Qərb dairələrinin yardımıyla məsələni siyasiləşdirmək və rəsmi Ankaraya qarşı sanksiyaların tətbiq olunmasına çalışır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar