Hüseyn Abdullayev öz facebook səhifəsində "gələcəyinizi gözləyin" dedi
Hörmətli həmvətənlərim, dəyərli dostlar!
Sizə məlumdur ki, İlham Əliyev hakimiyyəti neçə müddətdir mənim ölkədə olmadıgımdan istifadə edərək, meydanı boş görüb mənə və ailəmə aid olan bütün mülkiyyətimizi zəbt etməklə, məni sındırmaq məqsədi güdürdü.
Lakin bu istəkləri lazımı nəticəni vermədikdə, ən alçaq və ən ucuz vasitələrə əl atıb, yaşlı anamı ve xəstə atamı girov saxlayaraq, məndə peşmançılıq hissini yaradıb, illərdir apardığım haqlı mubarizəmdən çəkindirmək istəyirlər.
Siz onuda bilirsiniz ki, mən yuxarıda sadaladıgım bu
haqsızlıqlara görə mövcud rejimə öz kəskin etirazlarımı bildirmişəm. Və mən Hüseyn Abdullayev bir daha bəyan edərək, neçə illərdir millətimin qanını içən, onu yoxsulluqa və ümidsizliyə məhkum edən, və bununla da özlərinin ailə xoşbəxtliyini Azərbaycan xalqının bədbəxtçiliyi üzərində quran İlham Əliyevə, o alagöz Kəmalləddinə, eləcə də diktatorun günahlarına şərik olanlara çatdırıram ki, gün gələcək mən Azərbaycana döndüyümdə, sizlər ədalət məhkəməsində hesab verəcəksiniz. Bundan
tam arxayın olun, ürəyinizi də buz kimi saxlayın.
Əziz dostlarım, bu yazını bitirmədən öncə, sizlərə yeni yazdıgım ''Oyan, Xalqım' adlı şeyrimi təqdim edirəm.
Buyurun.
Saf niyyətli böyük xalqım.
Ruhu sınmış bezmiş xalqım.
Hansı namərd saldı səni bu günə?
Kimlər vurdu bu zenciri əlinə?
Kaş dönəydin milli birlik gücünə,
Səbəbkarın cəsasını verərdin.
Yenə sənin ümüdünü qırdılar,
Taleyini kimə gəldi satdılar.
Olub qalan səsin vardı sadəcə,
onu belə səndən sənsiz aldılar.
Hansı namərd saldı səni bu günə?
Kimlər vurdu bu zenciri əlinə?
Kaş dönəydin milli birlik gücünə,
Səbəbkarın cəzasını verərdin.
Yetər sustun, bəsdir daha.
Oyan, xalqım, qalx ayaga.
Öz qorxuna meydan oxu,
özün yol aç xoş sabaha.