nın obyektlərinə və tikdiyi binaya sənəd ala bilməməsi iki nəhəngi üz-üzə qoyub
“Şərur” Tikinti Şirkətinin rəhbəri, məşhur iş adamı “Şərurlu Isfəndiyar” kimi tanınan Isfəndiyar Axundovla Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov arasında böyük gərginlik yaşanır. Bu haqda Strateq.az-a daxil olan məlumatda bildirilir ki, gərginliyə səbəb iş adamının tikintilərini sənədləşdirməkdə rastlaşdığı əngəllərdir.
Deyilənə görə, Azadlıq prospektində, Dövlət Miqrasiya Xidmətinin yanında Isfəndiyar Axundova aid olduğu bildirilən “Hollywood” şadlıq sarayı da Komitə sədrinin iddiaları ucbatından sənədsiz qalıb. Daha dəqiqi, sənədləşmə üçün tələb edilən məbləğin fantastik miqdarı Kərəm Həsənovu Isfəndiyar Axundovun qatı düşməninə çevirib. Iş o yerə çatıb ki, Isfəndiyar Axundov rəsmi şəkildə Kərəm Həsənovdan bir neçə yüksək instansiyaya şikayətlənərək, tələb olunan məbləğə gücünün yetmədiyini və məqsədli şəkildə incidildiyini bildirib.
Mənbənin sözlərinə görə, Isfəndiyar Axundov “yuxarılara” şikayətində təkcə “Hollywood”la bağlı problemini deyil, “Muray” MTK-nin dələduzluğu ilə üzləşmiş vətəndaşların mənzillə təmin edildiyi binanın məsələsini də qabardıb: “Bildiyiniz kimi, ”Muray"ın aldatdığı vətəndaşların mənzillə təminatı üçün Prezidentin müvafiq göstərişi ilə torpaq sahəsi və pul ayrılmışdı. Binanın tikintisi, aldadılmış payçıların yerləşdirilməsi isə Isfəndiyar Axundova həvalə olunmuşdu. Iş adamı üzərinə düşən işi yerinə yetirib. Ancaq o, mənzillərə müvafiq mülk çıxarışlarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən hələ də ala bilməyib. Bu səbəbdən, vətəndaşlarla tikinti şirkəti arasında böyük narazılıqlar da yaranıb. Isfəndiyar Axundov dəfələrlə müxtəlif instansiyalara müraciət etsə də, nəticə olmayıb. Hazırda Isfəndiyar Axundov, ən azı, dövlət sifarişində güzəşt əldə etmək üçün Kərəm Həsənova təzyiqlərin olunmasını istəyir".
Mənbənin dediyinə görə, hazırda hökumət içərisində Kərəm Həsənova qarşı olan və dolayısı ilə Isfəndiyar Axundova dəstək verən xeyli nüfuzlu şəxslər də var və onlar bu prosesdən tikinti maqnatının uduşlu çıxmasını istəyirlər.
Məlumat üçün bildirək ki, Isfəndiyar Axundov Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə yaxın şəxs sayılır. Onu da qeyd edək ki, Ramiz Mehdiyevin səhhətilə əlaqədar işə çıxmadığı barədə məlumatlar yayılandan “Azadlıq” yazmışdı ki, müalicəyə getməmişdən bir neçə gün əvvəl PA rəhbəri ilə Kərəm Həsənov arasında gərginlik yaşanıb. Komitə sədri Ramiz Mehdiyevin ona verdiyi tapşırığı yerinə yetirməyib. Bu da PA rəhbərinin qəzəbinə səbəb olub və Kərəm Həsənovla sərt tonda danışıb.