İranda eşqbazlıq necə edilir? — FOTOLAR

20-04-2015, 22:12   


İran özünəməxsus qanunları və ictimai həyatı bütün dünyanın diqqətini çəkir.

İranda flört (eşqbazlıq, sevgili) etmək belə qadağandır. Gənclər pul cəzaları, həbs və işgəncəylə üz-üzə qalmalarına baxmayaraq qarşı cinslə əlaqəyə girməkdən çəkinmirlər. Təbii ki, bu əlaqə üçün onların da özlərinə məxsus üsulları var.



Ölkə.Az İranın bu özünəməxsus üsullarını təqdim edir:



İranda, sosial həyat dedikdə ilk ağla gələn yer prospektlərdir. Gənclərin açıqca eşqbazlıq edə bildikləri tək yer buralardır...



Qızlar və oğlanlar telefon nömrələrini avtomobillərinin şüşəsindən bir-birlərinə verirlər.



İranda ev yığıncaqları ilə yanaşı əsasən tehranlı gənclər Alburz dağına gedirlər. Ev sahibinin ya da ev yığıncağa (partiyə)qatılacaq adamın güvənilir adam olması əsas şərtlərdən biridir. Burada yaşayan insanlar hər yerdə mütləq ki, bir müxbir olduğunu deyirlər. Havanın qaralana yaxın saatlarda dağa doğru hərəkət edilir.




Avtomobillərin içində oğlanlı, qızlı qrupların olması normaldır. Hətta avtomobilin içi ağzına kimi dolu olsa da, nə polisin, nə də inqilab gözətçiləri buna fikir vermir.

Avtobuslarda və metroda sıxlıq olan bölgələrdə də flörtləşmək qismən mümkün olur. Bəziləri isə bir az daha çox makiyaj etməklə, rəngli paltarlar geyməklə, qolları açıqda buraxmaqla, hicabı yüngüldən geri itələməklə və bağlı qapılar arxasında gizli-gizli görüşməklə eşqbazlıq edirlər.








Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar