İranın müdafiə naziri Azərbaycana niyə gəlib?

21-04-2015, 10:24   
İranın müdafiə naziri Azərbaycana niyə gəlib?
Vəfa Quluzadə: «Iranın regionda öz maraqları var və bu səfər də həmin maraqların təzahürüdür»

Iranın müdafiə naziri Hüseyn Dehqanın Bakıya rəsmi səfərə gəlişi və keçirdiyi görüşlər maraq doğurur. H.Dehqan Azərbaycanın ali siyasi və hərbi rəhbərliyi ilə görüşüb.
Görüşlərin və danışıqların mövzusu ikitərəfli münasibətlər, regional problemlər və hərbi məsələlər olub. Rəsmi açıqlamalara görə, səfərdə məqsəd Azərbaycanla müdafiə və hərbi sahədə əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdır.
Yəməndə baş verənlərin fonunda bu səfər maraq doğurur. Eyni zamanda Azərbaycan rəhbərliyi Səudiyyə kapitalının ölkəyə cəlb olunması istiqamətində real addımlar atıb ki, bu da Iranın diqqətindən yayınmış deyil.
Politoloq Vəfa Quluzadə bildirdi ki, Iran Qarabağ münaqişəsində aktiv rol oynayan bir ölkədir. Hazırda Iranın Qərblə münasibətlərinin normallaşması bu ölkənin regionda nüfuzunu artıran məqamdır: “Iranın regionda sözsüz ki, öz maraqları var. Bu səfər də həmin maraqların təzahürüdür. Qərblə Iranın əlaqələri normalaşarsa, Azərbaycan Qərblə əlaqələr qurduğuna görə Iran tərəfindən tənqid olunmayacaq. Azərbaycanın Iranla iqtisadi, dini, mədəni əlaqələri var. Azərbaycanda Irana məhəbbət çoxdur. Ona görə səfərlər iki ölkə arasındakı əlaqələri gücləndirməyə yönəlib. Nəzərə almaq lazımdır ki, Azərbaycan çox gövrək vəziyyətdədir. Azərbaycan Qərb tərəfindən tənqid olunur, Rusiyanın təzyiqləri ilə üzləşir. Belə şəraitdə Azərbaycan Iranla əlaqələri inkişaf etdirməkdə maraqlıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.