Azərbaycanda “Toy karvanı” qəzaya uğradı, yaralılar var

21-04-2015, 19:56   
Azərbaycanda “Toy karvanı” qəzaya uğradı, yaralılar var
Bakı-Qazax yolunun 118-ci km-liyində, Hacıqabul rayonu ərazisində “toy karvanı” qəzaya uğrayıb.

Bakı sakini 1958-ci il təvəllüdlü Rüstəmov Mülkədar Şamil oğlunun idarə etdiyi “MAN” markalı 90 ME 362 nömrəli nişanlı yük maşını “toy karvanı”nda gedən İmişli rayon, Yalavac kənd sakini 1969-cu il təvəllüdlü Fərmanov Elxan Ağamoğlan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə “Mercedes”də olan 2 nəfər sərnişin ağır kəllə beyin travması ilə Şirvan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hadisə ilə bağlı istintaq aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar