[media=https://www.youtube.com/watch?v=GjYnz6DwgiE]
Rusiya Dövlət Dumasının üzvü Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski hökumət başçısı Dmitri Medvedevə nitrat armudu yeməyi təklif edib.
ANS PRESS-in məlumatına görə, Dövlət Dumasının iclasında baş nazir ötən ilin hesabatını verdikdən sonra Jirinovski xaricdə ihtehsal edilən nitratı bol olan armudu nümayiş etdirib. Həmin armud salfetə bükülmüş halda olub.
"Budur salfet. Sizin hökumət aparatınız İsveçrədən alır. Nədir? Bizim toxucularımız İvanovodan olan qadınlar belə salfetlər özləri düzəldə bilmirlər?" – deyə Jirinovski bildirib.
Jirinovski deyib ki, Rusiya armudu Polşa, Argentina, Türkiyə, Belçika və Hollandiyadan alır: "Bu armud nitratların təhlükəli konsentrasiyasını özündə saxlayır. Bunlarla bütün ölkəni zəhərləyirlər".
Daha sonra Jirinovski Medvedevə yaxınlaşıb və ona bu armudu yoxlamağı təklif edib. Baş nazir isə armudu yeməkdən imtina edib.