NATO hazırda Ermənistana istisna olaraq Rusiyaya xidmət göstərən agentura ölkəsi kimi baxır.
ANS PRESS-in məlumatına görə, bu barədə erməni şərhçi İqor Muradyan bu gün dərc etdirdiyi məqaləsində bildirib.
Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin Ermənistanla Azərbaycan arasında müharibə riski barədə bəyanatına toxunan analitik bildirib ki, NATO-nun mümkün müharibə üzrə ssenarisi yoxdur.
“Amma silahlı münaqişə başlamasını istisna etmək olmaz. Bu, yalnız daxili vəziyyətin inkişafından qaynaqlana bilər. Türkiyə belə olan durumda özünü həddindən gözlənilməz aparacaq”, - deyə Muradyan vurğulayıb.
Analitik müharibə olarsa, İrəvanın Qərbdən heç bir yardım ala bilməyəcəyini bildirir: “İndi əminliklə demək olar: Ermənistan artıq nə NATO-ya, nə də Qərbə lazım deyil… Qərbdə Ermənistana heç cür baxa bilmirlir, çünki o, artıq dövlət deyil”.
Mənbə
ANS PRESS