Ermənilər yeni hücuma hazırlaşır

22-04-2015, 17:30   
Ermənilər yeni hücuma hazırlaşır
Erməni haker qruplaşmaları Azərbaycanın və Türkiyənin informasiya resurslarına genişmiqyaslı hücuma hazırlaşırlar.

ANS PRESS-in məlumatına görə, bunu Trend-ə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzindən (CERT) deyiblər.

Hakerlərin hücumu məqsədyönlü olacaq və qondarma “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr olunacaq.

CERT-dən qeyd ediblər ki, mərkəzin apardığı monitorinq nəticəsində erməni hakerlərin Azərbaycanın və Türkiyənin internet resurslarına qarşı genişmiqyaslı hücumunun aprelin 23-24-nə təsadüf edəcəyi məlum olub: “Dövlət və özəl sektorun resurslarına hücumlar məqsədyönlü xarakter daşıyacaq”.

Bununla əlaqədar CERT haker hücumlarına görə informasiya sistemlərinin təhlükəsizliyi üzrə tədbirlərin gücləndirilməsi barədə xəbərdarlıq edir.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar