Xəbər verdiyimiz kimi, dünən “Avropa” otelindəki davada “Zaminbank”ın Nəsimi filalının sədri bıçaqlanaraq qətlə yetirilib.
Bankın filial müdiri Azər Məmmədov 1985-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Bank rəsmisinin ölümündə şübhəli bilinən Sənan Quliyev isə hələ ki, həbs olunmayıb və tutulması üçün əməliyyat tədbirləri keçirilir.
Qeyd edək ki, hadisə dünən “Avropa” otelində baş verib. Azər Məmmədov oteldə məşq edərkən bir nəfərlə qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb. Həmin şəxslə məşqçi arasında dava düşüb. Bu zaman Azər onları aralaşdırmaq istəyərkən hücuma məruz qalıb. Sənan Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.
Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb.
Qafqazinfo.az Azər Məmmədovun fotolarını təqdim edir:
◀▶
* * *12:16
“Avropa” otelindəki dava zamanı bıçaqlanan məşqçi Ruslan Əfəndiyev müalicə aldığı klinikadan evə buraxılıb.
Qarışıq döyüş növləri üzrə məşqçinin müalicə aldığı “City Hospital”dan virtualaz.org saytına verilən məlumata görə, R.Əfəndiyev bu gün səhər klinikadan çıxıb. Məşqçi xəstəxanadan yaxınları tərəfindən çıxarılıb.
Klinikadan o da bildirildi ki, R.Əfəndiyevin vəziyyəti yaxşı olub və onun həyatı üçün təhlükə yoxdur.
İlkin
Virtualaz.org
* * *11:03
Məşhur “Avropa” otelində bankirin qətlinin təfərrüatları məlum olub.
Milli.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, “Zaminbank”ın Nəsimi rayon filialının müdiri olan Azər Məmmədzadə otelin idman zalında məşq edən zaman bir nəfərlə otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb.
Həmin şəxslə məşqçi arasında dava düşüb. Bu zaman Azər onları aralaşdırmaq istəyərkən hələlik adı açıqlanmayan şəxs bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.
* * *09:12
Gecə paytaxtın Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib. Hadisə Tiflis prospektində yerləşən otellərin birində baş verib.
Hadisə otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevlə banklardan birinin şöbə müdiri Azər adlı şəxs məşq edən zaman qeydə alınıb. Hələlik şəxsiyyəti naməlum iki nəfərlə onların arasında mübahisə yaranıb. Mübahisə zamanı naməlum şəxslərdən biri bıçaqla Azərə ürək nahiyəsindən, Ruslan Əfəndiyevə isə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Ruslan Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Hadisədən sonra əraziyə Nəsimi rayon polis idarəs və prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə şahidlərinin ifadələri alınıb. Hadisə yerindən qaçan naməlum şəxslərin tutulması və qətlə yetirilən Azər adlı şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində Nəsimi Rayon Polis İdarəsi 20-ci polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb (ANS PRESS).