Türkiyədən Putinə şillə kimi cavab

24-04-2015, 23:09   
Türkiyədən Putinə şillə kimi cavab

Türkiyə Xarici İşlər Nazirliyi Rusiya prezidentinin 1915-ci il hadisələri ilə əlaqədar "soyqırım" ifadəsini işlətməsi ilə bağlı rəsmi bəyanat yayıb.

ANS PRESS-in məlumatına görə, bəyanatda deyilir:

"Rusiya prezidenti Vladimir Putinin bütün xəbərdarlıq və çağırışlarımıza rəğmən 1915-ci il hadisələrini soyqırım olaraq qiymətləndirməsini rədd edir və qınayırıq. Hüququn açıq şəkildə pozulduğu bu cür açıqlamalar Türkiyə tərəfindən qəbul edilmir.

Rusiyanın daim Qafqazlar, Orta Asiya və Şərqi Avropada yüz il boyunca həyata keçirdiyi kütləvi qətliamlar, sürgünlərlə öz tarixində Türk və müsəlman xalqlarına qarşı insanlıqdan kənar əməlləri göz önünə sərildiyində "soyqırım"ın nə olduğunu ən yaxşı özlərinin bilməsini düşünürük.

Rusiya prezidentinin Ermənistanın yüzüncü il təbliğat kampaniyasının bir hissəsi olan 24 aprel İrəvan mərasimlərinə qatılması da bu çərçivədə dəyərləndirilməlidir.

Türkiyənin dostluğuna önəm verməsi və həssasiyyətlərini nəzərə alması gərəkdiyini gözlədiyimiz Rusiyanın səhv qərar verməsi bölgəmizdəki sülh və rifaha kömək etməyəcək. Rusiyanın bu məsələdə edə biləcəyi bir şey varsa, o da tərəfkeşliyini bir kənara buraxıb Ermənistan və erməniləri Türkiyənin dostluq və sülh çağırışlarına qərəzsiz qarşılıq verməyə təşviq etməsidir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.