Putin Türkiyəyə cavab verdi

25-04-2015, 00:16   


Rusiya prezidenti Vladimir Putinin İrəvanda "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı mərasimlərdə iştirak etməsi Türkiyə tərəfinin mənfi reaksiyasına səbəb olmamalıdır.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov bildirib ki, Putinin İrəvanda mərasimlərdə iştirak etməsi Ankara tərəfindən mənfi şəkildə qələmə verilməməlidir.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi Rusiya prezidentinin 1915-ci il hadisələri ilə əlaqədar "soyqırım" ifadəsini işlətməsi ilə bağlı rəsmi bəyanat yaymışdı.

Bəyanatda bildirildi ki, Rusiya prezidenti Vladimir Putinin bütün xəbərdarlıq və çağırışlarımıza rəğmən 1915-ci il hadisələrini soyqırım olaraq qiymətləndirməsini rədd edir və qınayırıq. Hüququn açıq şəkildə pozulduğu bu cür açıqlamalar Türkiyə tərəfindən qəbul edilmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.