Dağıstanda məhv edilmiş silahlı dəstənin üzvləri İŞİD-ə sadiqlik andı içmişdilər.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın terror əleyhinə milli komitəsi məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı Mahaçqala bölgəsinin səhra komandiri Arsanali Kambulatov və Kaspiysk səhra komandiri Muhutdin Mazanov həlak olublar. Rusiya tərəfi onları polisə hücumlar və Dağıstanın müxtəlif bölgələrində partayışlar təşkil etməkdə günahlandırır.
Terror əleyhinə milli komitədən dünən yayılan xəbərlərə görə, Karabudaxkent rayonun Novıy Paraul kəndinin yanında silahlı şəxslər mühasirəyə alınıb. Qısa müddətli döyüşdən sonra onlar öldürülüb. Hadisə yerindən gizli istehkam aşkarlanıb.
İstehkamda 140 kiloqram selitra, 3 kiloqram plastida, 6 min patron, 8 qumbara, avtomat və tapançalar ələ keçib.