Türkiyənin Asiya və Avropa hissələrini birləşdirən "Marmaray" dəmiryol tuneli ilə hərəkət dayandırılıb. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "Haber7" telekanalı yayıb.
Telekanalın məlumatına görə, buna səbəb tunelin elektrik təchizatının dayandırılmasıdır.
Dəmiryol tunelində hərəkətin bərpa olunacağı vaxt açıqlanmır.
"Marmaray" dəmiryol tuneli 2013-cü il oktyabrın 29-da istifadəyə verilib.