Bakıda məktəbli qız itkin düşüb. Lent.az-ın məlumatına görə, 8-ci Polis Bölməsinə müraciət edən Badamdar qəsəbə sakini Fatma Mirzəyevə (ad və soyadlar şərtidir) bildirib ki, qızı, 16 yaşlı Fidan aprelin 20-də məktəbə getmək üçün evdən gedib. Lakin həmin vaxtdan bəri qız evə qayıtmayıb, harada olması ilə bağlı da dəqiq məlumat yoxdur.
Anası bildirib ki, Fidan 136 saylı orta məktəbin 10-cu sinif şagirdi olub.
Hazırda müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.