Ermənistanın İran və Türkiyə ilə sərhədini qoruyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin əməkdaşları İranla sərhəddə qeyri-adi sərhəd pozucusunu saxlayıblar. Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi xəbərə görə, saxlanılan şəxs Araz çayını qanunsuz şəkildə keçərək Ermənistan tərəfə adlayan İran hərbi qulluqçusu olub.
İlkin dindirilmə zamanı bəlli olub ki, 1992-ci il təvəllüdlü əsgər öz xidmət yoldaşları ilə dini zəmində mübahisə nəticəsində bu addımı atıb. Saxlanılanın sözlərinə görə, o, xristian dininə etiqad edir. İnsidentin detalları araşdırılır.
İran tərəfi hələ ki, olaya münasibət bildirməyib.
Musavat.com